Antalyada turistləri daşıyan avtobus aşıb - Ölənlər var

Antalyada turistləri daşıyan avtobus aşıb - Ölənlər var
  30 Sentyabr 2018    Oxunub:3682
Türkiyədə turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər bölgəsində qeydə alınıb.

Kumluca istiqamətində hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Qəzaya səbəb mikroavtobusun sürüşərək yoldan çıxması olub.

AzVision.az


Teqlər: Qəza   Türkiyə  



Xəbər lenti