"Sumqayıt” qalib gəldi, "Qəbələ" 1:1 ilə başa vurdu

"Sumqayıt” qalib gəldi, "Qəbələ"  1:1 ilə başa vurdu
  01 Oktyabr 2018    Oxunub:5017
Bu gün Topaz Premyer Liqada 6-cı tura yekun vurulub.
AzVision.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk oyununda "Qəbələ" və "Keşlə" üz-üzə gəlib. Görüş 1:1 hesabı başa çatıb.

İkinci oyunda isə "Sumqayıt" "Zirə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Nazim Süleymanovun komandası bu qələbə sayəsində xalını 10-a çatdırıb və eyni xala malik "Sabah"ı şəxsi oyundakı üstünlüyü ilə keçərək, 3-cü pilləyə yüksəlib.

30 sentyabr

20:00.“Sumqayıt” – “Zirə” - 1:0
Qol: Atilla Yıldırım, 16
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev
“Bayıl Arena”

18:00.“Qəbələ” – “Keşlə” - 1:1
Qol: Amil Yunanov, 5 (0:1), Stiven Monroz, 76 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov
Qəbələ şəhər stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti