ABŞ Suriyadakı maraqlarımızla hesablaşmır - Ərdoğan

ABŞ Suriyadakı maraqlarımızla hesablaşmır - Ərdoğan
  01 Oktyabr 2018    Oxunub:2649
Türkiyə kifayət qədər güclü ölkədir və ABŞ-ın ona qarşı istifadə etdiyi şantaj və təhdidlərə boyun əymir.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan parlamentdəki çıxışı zamanı belə deyib. Bildirib ki, heç bir ölkənin ABŞ ilə münasibətlərinin gələcəyinə etibarlı baxması artıq mümkün deyil.

“Bizi narahat edən odur ki, ABŞ-ın hazırkı rəhbərliyi heç bir məntiq olmadan və strateji balans nəzərə alınmadan bizim ölkəni hədəf seçib. ABŞ bizim Suriya ilə bağlı həssaslığımızla hesablaşmır və terrorçularla (YPG/PYD) əməkdaşlığı davam etdirir. ABŞ bu mənfi yanaşmasını iqtisadi müstəviyə də keçirir. Vaşinqton mövcud siyasi problemlərin danışıqlar vasitəsilə deyil, şantaj və təhdid dili ilə həllinə hesablanan səhv yol tutublar. Amma bizim iqtisadiyyatımız təhdid və hücumlara boyun əyməyəcək dərəcədə güclüdür” – Ərdoğan bəyan edib.

Türkiyə prezidenti onu da vurğulayıb ki, Vaşinqton terrorçularla əlaqəsinə görə həbs edilən amerikalı keşiş Endryu Branson məsələsindən Türkiyəyə qarşı sanksiyaların tətbiqində bəhanə kimi istifadə edib. Lakin təzyiqlərə rəğmən, “Ankara diplomatiya və qanun çərçivəsində fəaliyyət göstərməyə davam edəcək. İnanıram ki, ABŞ rəhbərliyi gec, ya tez bizim ölkəmizə qarşı düzgün olmayan münasibətini dəyişəcək.”

Leyla Elbrusqızı
AzVision.az







Teqlər: Türkiyə   Suriya   ABŞ  





Xəbər lenti