Qarabağda daha bir erməni əsgəri ölüb

Qarabağda daha bir erməni əsgəri ölüb
  01 Oktyabr 2018    Oxunub:3357
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz xidmət keçən erməni əsgərin meyiti tapılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, əsgər Qevork Aroyanın cəsədi bu gün səhər saat 10:50 radələrində Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunun cənub-şərq istiqamətindəki hərbi hissələrinin birində aşkarlanıb. Onun naməlum şəraitdə aldığı güllə yarasında öldüyü bildirilir.

Aroyana əsgər yoldaşları tərəfindən atəş açıldığı da istisna edilmir. Hazırda hadisənin baş vermə şəraiti və detalları araşdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti