Çempionlar Liqasında 2-ci tur başlayır

Çempionlar Liqasında 2-ci tur başlayır
  02 Oktyabr 2018    Oxunub:4149
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək.
AzVision.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

Belə ki, "Bavariya" öz meydanında "Ayaks"ı qəbul edəcək. Turnirin son qalibi "Real Madrid" Rusiyada SSKA-nın qonağı olacaq. "Mançester Siti" Almaniyada "Hoffenhaym"la qarşılaşacaq. "Yuventus" isə Turində "Aynaq Boys"u sınağa çəkəcək.

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

AzVision.az


Teqlər: UCL  





Xəbər lenti