ABŞ Türkiyəyə daha 2 ədəd “F-35” qırıcısı verəcək

ABŞ Türkiyəyə daha 2 ədəd “F-35” qırıcısı verəcək
  02 Oktyabr 2018    Oxunub:2280
2019-cü ilin mart ayında Pentaqon Türkiyəyə daha 2 ədəd “F-35” qırıcı təyyarəsini təvhil verəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nın ofis rəhbəri, vitse-admiral Met Vinter jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyənin ““F-35 Birgə Zərbə Qırıcı Proqramı”nda iştirakını davam etdirməsində heç bir dəyişiklik yoxdur.

“Mart ayında Türkiyəyə daha 2 ədəd “F-35” qırıcısı verəcəyik. Bütövlükdə 100 ədəd “F-35” təyyarəsinin təhvil verilməsi məsələsində dəyişiklik olduğuna dair hansısa əlamət yoxdur. ABŞ Müdafiə Nazirliyinin 2019-cu il üzrə büdcəsində göstərilib ki, Türkiyənin “F-35”lərlə bağlı birgə proqramda iştirakının qiymətləndirilməsinə dair Pentaqon 90 gün ərzində Konqressə hesabat təqdim etməlidir. Hesabatın tərtibi üçün biz artıq proqramla bağlı və texniki məlumatları hazırlamışıq və hesabat 90 gün içində Senata təslim ediləcək”, – Vinter bildirib.

Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   F-35  





Xəbər lenti