Tramp demokratları “cinayətkar” adlandırdı

Tramp demokratları “cinayətkar” adlandırdı
  02 Oktyabr 2018    Oxunub:2420
ABŞ prezidenti Donald Tramp Demokratlar partiyasını təhqir edərək onları “cinayətkar” adlandırıb.
AzVision.az xəbər verir ki, Tramp noyabrda Konqressə keçiriləcək aralıq seçkilərlə bağlı Tennessi ştatında Respublikaçılar partiyasının təşviqat kampaniyasındakı çıxışı zamanı demokratların immiqrasiya və ABŞ sərhədlərinin təhlükəsizliyi məsələsindəki mövqeyini sərt tənqid edib.

“Konqressdəki radikal demokratlar bizim əldə etdiyimiz bütün nailiyyətləri silmək istəyirlər. Onlar güclü ordu və sərhədlərin qorunmasını istəmirlər. Demokratlar hətta cinayətkarlığın əleyhinə də deyillər. Onlar sizin küçələrinizi əcnəbi cinayətkarlarla doldurmağa hazırlaşırlar və ABŞ-ı Venesuelaya çevirmək istəyirlər. Amma biz buna imkan verməyəcəyik”, – deyə Tramp vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Konqress  





Xəbər lenti