Təhsil nazirinə yeni müşavir təyin olundu - FOTO

Təhsil nazirinə yeni müşavir təyin olundu - FOTO
  02 Oktyabr 2018    Oxunub:9561
Təhsil Nazirliyində yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Elnur Məmmədov təhsil naziri Ceyhun Bayramovun müşaviri təyin edilib.

Qeyd edək ki, E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində BDU-nun nəzdində fəaliyyət göstərən tələbə təhsil-resurs mərkəzinin direktoru olmuş, universitetin elmi jurnallarında beynəlxalq hüquq və münasibətlər üzrə məqalələri dərc edilib. 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.



Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliy  





Xəbər lenti