İrəvanda parlamentin qarşısında etiraz aksiyası - VİDEO
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir qrup şəxs parlamentin qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsinə qarşı etiraz edir.
Məlumata görə, vətəndaşlar parlamentə girişi bağlayıblar, deputatlar binanı tərk edə bilmirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan etirazçıların toplaşdığı yerə gəlib. O, vətəndaşları mitinqə səsləyib. Daha sonra etirazçılar Ermənistan parlamentinin binasını mühasirəyə alıblar.
Qeyd edək ki, sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.
AzVision.az
Teqlər: Ermənistan İrəvan Etiraz Aksiya







Vaxtında, Aydın, Lazımlı!


