Paşinyan istefa verməyə hazırdır - Yenilənib
“Nazirlər və qubernatorların işdən çıxarılması haqqında qərar hüquqi qüvvəyə mindikdən sonra istefaya gedəcəyəm", - Paşinyan deyib.
Onun sözlərinə görə, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq. Bundan əlavə, Paşinyan vətəndaşlara növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxmaq barədə çağırış edib.
Qeyd edək ki, hazırda Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir. Paşinyanın tərəfdarları parlamentin bir neçə saat əvvəl qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə layihəyə qarşı etiraz edirlər.
Belə ki, sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə, Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir.
AzVision.az
Teqlər: Paşinyan Ermənistan İstefa







Vaxtında, Aydın, Lazımlı!


