Türkiyədə zəlzələ əhalini təşvişə salıb

Türkiyədə zəlzələ əhalini təşvişə salıb
  03 Oktyabr 2018    Oxunub:3269
Türkiyənin Kahramanmaraş vilayətində 4.4 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, zəlzələnin episentri Çağlayancerit rayonunda 7 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub. İnsanlar qorxudan küçələrə çıxıblar. Zəlzələ nəticəsində dağıntı və təlafat qeydə alınmayıb.

AzVision.az


Teqlər: Türkiyə   Zəlzələ  



Xəbər lenti