Ermənistanda 6 nazir istefaya göndərildi

Ermənistanda 6 nazir istefaya göndərildi
  03 Oktyabr 2018    Oxunub:3685
Ermənistan prezidenti Armen Sarkisyan 6 nazirin istefaya göndərilməsi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, müvafiq fərmana əsasən, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan vəzifələrindən azad olunublar.

Qeyd edək ki, işdən çıxarılan nazirlər "Daşnaksütun" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləridir.

AzVision.az


Teqlər: Ermənistan   Nazir  





Xəbər lenti