Armen Qriqoryanın atası Qarabağda intihar edib

 Armen Qriqoryanın atası Qarabağda intihar edib
  03 Oktyabr 2018    Oxunub:1224
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təcili Qarabağa gəlib.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, Qriqoryanın atasının meyiti tut ağacından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi bildirilir. Bu səbəbdən Qriqoryan atasının dəfinə qatılmaq üçün Qarabağ bölgəsinə gəlib.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Arek Koçinyan Qriqoryanın atasının ölümü və onun atasının dəfnində iştirak etmək üçün Qarabağa gəlməsi barədə məlumatları təsdiqləyib. Mətbuat katibi intihar barədə məlumatları şərh etməyib.

Qeyd edilib ki, Qriqoryanın valideynləri Qarabağda yaşayıb.

AzVision.az


Teqlər: Qarabağ   İntihar   Qriqoryan  





Xəbər lenti