Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışdı
“Azərbaycan prezidenti ilə operativ əlaqənin yaradılması istiqamətində iş gedir. Məmnunluqla deyə bilərəm ki, son günlər təmas xəttində vəziyyət müqayisəolunmaz dərəcədə daha sakitdir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, sentyabrın 28-də Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü qısa söhbət baş tutub.
Söhbət zamanı İlham Əliyevlə Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan MDB







Vaxtında, Aydın, Lazımlı!


