ABŞ İranla dostluq müqaviləsinə xitam verib
Belə ki, BMT Beynəlxalq Məhkəməsi ABŞ-ı müqavilənin şərtlərinə əməl etməməkdə ittiham edib. Pompeo məhkəmənin qərarını əsassız hesab edib və bəyan edib ki, ölkəsi İranla dostluq müqaviləsinə rəsmən xitam verib.
Qeyd edək ki, rəsmi Tehran nüvə sazişindən çıxan ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməklə iki ölkə arasında imzalanmış 1955-ci il dostluq haqqında müqavilənin müddəalarını pozduğunu elan etmiş və BMT Beynəlxalq Məhkəməsində iddia qaldırmışdı.
AzVision.az