Türkiyənin 7 əsgəri şəhid olub - Yenilənib

Türkiyənin 7 əsgəri şəhid olub - Yenilənib
  04 Oktyabr 2018    Oxunub:4743
Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.

AzVision.az xəbər verir ki, partlayış nəticəsində yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib. Yaralanan 2 əsgərin vəziyyəti ilə bağlı məlumat verilmir.
***
09:55

Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində yol tikintisində təhlükəsizliyi təmin edən əsgərlər tələyə salınıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yoldan hərbi avtomobillərin keçidi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb. Hazırda bölgədə antiterror əməliyyatları keçirilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Şəhid  



Xəbər lenti