ABŞ yeni silah hazırlığını sürətləndirdi
“Biz hipersəsli silahların uçuşunu insanların bizdən gözlədiyi vaxtdan daha tez həyata keçirəcəyik. ABŞ-ın hipersəsli silah hazırlamasilə bağlı gələcək müdafiə büdcəsində maliyyə ayrılması üçün sorğu təqdim ediləcək”, – Şanaxan vurğulayıb.
Qeyd edək ki, Pentaqon hazırda bu tip silahların hazırlanması üçün nə qədər vəsait tələb olunduğunu hesablayır. Sentyabrın əvvəlində ABŞ müdafiə nazirinin tədqiqatlar üzrə müavini Maykl Qriffin bəyan etmişdi ki, Çinin hazırladığı hipersəsli silahlara analoji olaraq eyni tip silahların hazırlanması üçün Pentaqona 20 milyard dollardan çox maliyyə lazımdır. Bu cür silahlar hipersəs sürətilə atmosferdə uçmaq və dünyanın istənilən yerində hədəfləri vurmaq imkanına qadirdir. Hipersəsli silahların yaradılması Pentaqonun qlobal silahlanma sisteminin formalaşdırılmasını nəzərdə tutan “Sürətli qlobal zərbə” proqramının tərkib hissəsidir. ABŞ bununla Çin, Rusiya, Şimali Koreya və İranın qarşısını almağı planlaşdırır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Pentaqon Çin Rusiya







Vaxtında, Aydın, Lazımlı!


