Karapetyan helikopter qəzasında öldü, daha bir erməninin meyiti tapıldı - Yenilənib

Karapetyan helikopter qəzasında öldü, daha bir erməninin meyiti tapıldı - Yenilənib
  04 Oktyabr 2018    Oxunub:16085
Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyan "AS-350" helikopterinin qəzaya uğraması nəticəsində ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi Rusiya fövqəladə xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, göyərtəsində Karapetyanın olduğu helikopter dünən axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində qəzaya düşüb. Nəticədə baş prokurorun müavini həlak olub. Onunla yanaşı, hadisə yerində daha 2 nəfərin cəsədi aşkarlanıb. Onlardan biri kəndin erməni sakini Arek Aratyunyan, digəri isə pilot Mixnovdur. İnsidentlə bağlı cinayət işi açılıb.

Məlum olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata keçirib. Nəticədə hava şəraitinin pis olması səbəbindən helikopter meşədə qəzaya düşüb.

Rusiya baş prokurorunun müavininin məzuniyyətdə olduğu bildirilib. Lakin Rusiyanın aidiyyatı orqanları Karapetyanın ölümü ilə bağlı yayılan məlumatlara rəsmi şəkildə münasibət bildirməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Helikopter   Qəza  





Xəbər lenti