Pentaqondan Rusiyaya ittiham: “Cinayətləri ört-basdır edirlər”

Pentaqondan Rusiyaya ittiham: “Cinayətləri ört-basdır edirlər”
  04 Oktyabr 2018    Oxunub:2769
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın Dəməşqə “S-300” raketdən müdafiə sistemləri verməsini qınayaraq, Moskvanı İran və Suriyanın cinayətkar davranışlarını ört-basdır etməkdə günahlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqonun rəsmisi Rayan Brauna istinadən məlumat yayıb. Braunun sözlərinə görə, Rusiyanın bu addımı məsuliyyətsizlikdir.

“”S-300”hava hücumundan müdafiə sistemlərinin Suriyaya verilməsi açıq-aydın məsuliyyətsizlikdir və Moskvanın İran və Suriyadakı tərəfdaşlarının cinayətkar hərəkətlərini daha da ört-basdır etmək məqsədi daşıyır”, – deyə Braun vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo isə bəyan etmişdi ki, “S-300” sistemlərinin Suriyaya verilməsi Yaxın Şərqdə sabitliyə qarşı yönələn təhdidləri artıracaq.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Suriya   Rusiya   ABŞ   S-300  





Xəbər lenti