Nazirlik jurnalistlər üçün mediatur təşkil edib
AzVision.az xəbər verir ki, mediaturun keçirilməsində məqsəd 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır.
Məktəbin direktoru bildirib ki, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.
Mediatur daha sonra Masallı rayonunda davam edib. Orada yüksək bal toplayan müəllimlərlə görüş keçirilib və onların dərsləri izlənilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Mediatur Dərs