Britaniyadan Rusiyaya növbəti ittiham

Britaniyadan Rusiyaya növbəti ittiham
  04 Oktyabr 2018    Oxunub:2553
Rusiyanın kəşfiyyat agentlərinin Salsberidəki kimyəvi hücumu təhqiq edən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQET) informasiya sisteminə haker hücumu etmək cəhdləri sübut etdi ki, kimyəvi zəhərlənmənin arxasında Moskva dayanır.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri ceremi Hant deyib.

“Əgər indiyək kimlərsə Salsberidəki kimyəvi hücumda Rusiya xüsusi xidmət orqanlarının əli olmasilə bağlı şübhələri var idisə, bu haker hücumu cəhdləri həmin şübhələri aradan qaldıracaq. Rusiya hökuməti bilməlidir ki, əgər beynəlxalq hüququ bu yolla ələ salsalar nəticələrinə qatşalşmalı olacaqlar. Onların əməlləri ifşa olunacaq və insanlar Rusiya hökumətinin əsl simasını – bütün dünyada qeyri-sabitliyi təşviq etməyə çalışan təşkilat olduğunu görəcəklər” – Hant vurğulayıb. Həmçinin bildirib ki, haker hücumuna cəhdlərlə bağlı əllərində əsaslı sübutlar olduğundan Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilərlər.

Bundan əvvəl Niderland Krallığının rəsmiləri baş ofisi Haaqada yerləşən KSQET-ə rusiyalı agentlərin haker hucumu cəhdlərinin qarşısını aldıqlarının bildiriblər. Nəticədə, hücuma cəhddə şübhəli bilinən 4 Rusiya vətəndaşı Niderlanddan deportasiya edilib.

Xatırladaq ki, martın 5-də Rusiyanın sabiq hərbi kəşfiyyatçısı olmuş, lakin daha sonra Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Britaniyanın Solsberi şəhərində Noviçok kimyəvi maddəsindən zəhərlənərək beyin iflici keçiriblər. Diplomatik qalmaqala səbəb olan hadisəni sui-qəsd adlandıran London baş verənlərdə Moskvanın əli olduğunu iddia edib. Rusiya isə ittihamları rədd edir. Britaniya hadisə ilə əlaqədar 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbirləri görən Moskva isə Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən “Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarı verib.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Rusiya   Britaniya   Niderland  





Xəbər lenti