“İran Suriyadan çıxmalıdır, çünki...” – Merkel

“İran Suriyadan çıxmalıdır, çünki...” – Merkel
  04 Oktyabr 2018    Oxunub:3380
"İran öz qüvvələrini Suriyadan çıxarmalıdır, çünki onlar İsrail dövlətinə təhdid yaradır"

AzVision.az xəbər verir ki, bunu İsraildə səfərdə olan Almaniya kansleri Angela Merkel israilli həmkarı Benyamin Netanyahu ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
“İranın Suriyanı tərk etməsi istiqamətində çox səy göstərmişik. Mən Rusiya prezidenti (Vladimir Putin) ilə İran qüvvələrinin Suriyadan çıxarılması və onların Suriyada təsirinin sıfıra endirilməsinin mümkünlüyü barədə danışmışam. Lakin əlbəttə, bu, çətin layihədir. İranın Colan təpələri yaxınlığında öz qüvvələrini yerləşdirməsi faktı İsrail üçün təhdiddir. Eyni təhdid Livandan da daxil olur”, - deyə Merkel vurğulayıb.

Almaniya kansleri onu da bildirib ki, rəsmi Berlin İranın Yaxın Şərqdə pozucu fəaliyyətinə dair İsrailin baxışını bölüşür: “Biz də İsraillə eyni fikirdəyi. İranın atom silahına sahib olmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik.”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Almaniya   İsrail   Suriya   Rusiya  





Xəbər lenti