Millimizin mövqeyi dəyişdi - UEFA reytinqi

Millimizin mövqeyi dəyişdi - UEFA reytinqi
  05 Oktyabr 2018    Oxunub:5929
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
AzVision.az-ın məlumatına görə, yeni reytinqdə Azərbaycanın mövqeyi dəyişib.

18.500 xalı olan ölkəmiz 1 pillə geriləyərək 27-ci sıraya düşüb. Eyni xala malik Qazaxıstan isə 26-cı pilləyə yüksəlib. Qonşu ölkə bu mövsüm daha çox reytinq yığması səbəbindən irəli keçib.

Qeyd edək ki, dəyişikliyə "Qarabağ"ın "Arsenal"a 0:3 hesablı məğlubiyyəti və "Astana"nın "Renn"ə 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.

AzVision.az


Teqlər: UEFA   Reytinq  





Xəbər lenti