Belarusda 2 casus ələ keçirilib

Belarusda 2 casus ələ keçirilib
  05 Oktyabr 2018    Oxunub:2576
Minsk 2 əcnəbini Belarusa qarşı casusluqda ittiham edərək onları ölkədən deportasiya etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Valeri Vakulçik jurnalistlərə açıqlamasında bildirib.

“Bu həftə biz casusluq edən 2 nəfəri “persona non qrata” (arzuolunmaz şəxs) elan etmişik”, – Vakulçik deyib.

Lakin həmin casusların hansı xarici ölkə vətəndaşları olması və nə zaman deportasiya ediləcəkləri barədə məlumat vermilməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Belarus   Minsk  





Xəbər lenti