Qarabağda iki erməni hərbçi həbs olunub - İntihar faktı

Qarabağda iki erməni hərbçi həbs olunub - İntihar faktı
  05 Oktyabr 2018    Oxunub:4322
Oktyabırın 2-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun qanunsuz hərbi hissələrindən birində ölü tapılan erməni əsgəri Qevork Aroyanın işi üzrə iki hərbçi həbs edilib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Qevork Aroyan bilinməyən səbəbdən sinəsindən ağır güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, həmin hərbi hissənin başqa bir hərbi qulluqçusu olan kiçik serjant qarşılıqlı münasibəti pozaraq, zərərçəkənə qarşı zorakılıq hərəkətlərinə yol verib. Nəticədə Qevork Aroyan sinəsinə atəş açaraq intihar edib. Bundan başqa erməni əsgərin bölük komandiri barəsində də cinayət işi açılıb və həmin hərbi qulluqçu həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti