Putin Hindistana dəstək nümayiş etdirdi

Putin Hindistana dəstək nümayiş etdirdi
  05 Oktyabr 2018    Oxunub:3274
Rusiya Hindistanın BMT Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibdə daimi üzvləri sırasına daxil olmasını dəstəklədiyini təsdiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Nyu-Delhidə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putinin Hindistanın baş naziri Narendra Modi ilə keçirdiyi görüşün yekununa dair verilən birgə bəyanatda deyilir.

Qeyd olunur ki, tərəflər regional və qlobal səviyyədə sülh, təhlükəsizlik və ədalətli inkişaf naminə sıx əməkdaşlıq etməkdə qətiyyətli olduqlarını bəyan edirlər və bu kontekstdə dünya nizamının sabitliyini təhdid edən çağırışlara qarşı səylərini koordinasiya edəcəklər.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: hindistan   Rusiya   BMT  



Xəbər lenti