Pakistan 18 beynəlxalq təşkilatı ölkədən qovur

Pakistan 18 beynəlxalq təşkilatı ölkədən qovur
  05 Oktyabr 2018    Oxunub:3085
Pakistan hökuməti ölkədə fəaliyyət göstərən 18 ədəd beynəlxalq humanitar və qeyri-hökumət təşkilatlarına ofislərini bağlayaraq 60 gün ərzində Pakistanı tərk etmələri barədə göstəriş verib.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Pakistanda fəaliyyət göstərən “Beynəlxalq Plan” təşkilatların nümayəndələri bildirib.

Onların söylədiklərinə əsasən, Pakistanın Daxili İşlər Nazirliyi 60 gün ərzində gördükləri işi yekunlaşdıraraq əşyalarını yığıb ölkədən getmələrini tələb edib. Həmçinin, bu təşkilatların Pakistanda qeydiyyatdan keçmələri rədd edilib.

Pakistan hökuməti isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti