Qəzzada qarşıdurma: 2 ölü, 40-dan çox yaralı var

Qəzzada qarşıdurma: 2 ölü, 40-dan çox yaralı var
  06 Oktyabr 2018    Oxunub:3797
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin “Böyük Qayıdış Yürüşü”nün iştirakçılarına açdığı atəş nəticəsində iki fələstinli həlak olub, 45 nəfər xəsarət alıb. Ölənlərdən birinin uşaq olduğu deyilir.

Fələstinin Səhiyyə Nazirliyinin nümayədəsi bildirib ki, dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz və silahdan istifadə edilib. Qarşıdurma zamanı xəsarət alan 23 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 22 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, fələstinlilər 30 mart tarixindən etibarən hər cümə günü Qəzza zolagı ilə sərhəddə “Böyük Qayıdış Yürüşü” keçirirlər.

AzVision.az


Teqlər: Fələstin   Qəzza   İsrail  





Xəbər lenti