Nobel mükafatını satan alim vəfat edib

Nobel mükafatını satan alim vəfat edib
  06 Oktyabr 2018    Oxunub:2850
Müalicə xərclərini ödəmək üçün Nobel mükafatını satan amerikalı fizik Leon Lederman 96 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, alimin 37 illik həyat yoldaşı Carr Lederman onun qocalar evində dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, Leon Lederman 1988-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb. 2015-ci ildə isə müalicə xərclərini ödəmək üçün mükafatı hərraca çıxararaq 765 min dollara satıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Nobel   Mükafat  





Xəbər lenti