Azyaşlı qızları istismar edən masaj salonları - VİDEO

Azyaşlı qızları istismar edən masaj salonları - VİDEO
  06 Oktyabr 2018    Oxunub:12949
Paytaxt küçələrində avtomobili işıqforda saxlayın kimi bir xanım yaxınlaşıb pəncərədən kağız parçası uzadır və bir çox hallarda onlar yetkinlik yaşına çatmayan qızlar olurlar.
Azyaşlıların payladığı kağızlar masaj salonlarının reklamıdır. Ballı, yağlı, köpüklü, hətta 4 əlli masaj. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil.

Reklam xarakterli paylaşımların edilməsinə yetkinlik yaşına çatmayan qızların cəlb edilməsi problemin digər tərəfidir.

Xətai prospekti və Fəzayıl Bayramov küçələrinin kəsişməsində lentə alınan kadrlarda bu kağızların paylanması açıq aydın görünür. Naməlum şəxslər avtomobillər işıqforda dayanan kimi fəaliyyətə keçir və masaj salonlarının reklam elanlarını sürücülərə təqdim edir.

Reklam kağızları paylayan şəxs bildirir ki, xidmətlər ancaq masajdan ibarətdir.
Onun özünü şübhəli aparması bizi bukletin üzərində qeyd olunan telefon nömrəsinə zəng vurmağa həvəsləndirir. Xəttin digər tərəfindən ünvan tam və ətraflı şəkildə izah olunur.

Həmin ünvana yollandıq və obyekt barəsində məlumat vermək istəyərkən qarşımıza həmin salonun işçiləri çıxdı: “Başa düşmədim, buranı çəkməyin. Gedin başqa yerə”.

Maraqlıdır ki, obyektin üzərində onun masaj salonu və ya başqa bir obyekt olması barədə məlumat yoxdur.

Hər gün bir neçə yerdə rastlaşdığımız bu mənzərə millət vəkillərini də narahat edir. Özü də daha dərin və qorxulu məqamlarla.

Millət vəkili Fazil Mustafa: “Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib?”

Əslində salonların müxtəlif şəxslər vasitəsi ilə özünü reklam etməsində qanuna zidd heç nə yoxdur. Amma fəaliyyət şübhəli olmasa. Yetikinlik yaşına çatmayan uşaqların, xüsusən də qızlıarın bu fəaliyyətə cəlb olunması isə ikiqat təhlükədir. (ARB TV)



AzVision.az


Teqlər: Masaj   Salon  





Xəbər lenti