SDU-da Müəllimlər Günü qeyd olunub

SDU-da Müəllimlər Günü qeyd olunub
  06 Oktyabr 2018    Oxunub:2838
Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Universitetin rektoru, professor Elxan Hüseynov bütün Azərbaycan müəllimlərini təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edən rektor bildirib ki, bu gün Sumqayıt Dövlət Universitetinin təhsildə qazandığı uğurlar məhz universitetdə çalışan müəllimlərin əməyi sayəsində ərsəyə gəlib.

“Aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllimin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, təhsil işçilərinə hərtərəfli qayğı isə dövlətin öz gələcəyini etibarlı və inamlı görmək əzmini daha da artırıb, bu da müəllimlərin yaradıcılıq imkanlarını genişləndirib. Bütün bu uğurlar prezident, cənab İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur”,- deyə rektor bildirib.

Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzunmüddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Konfederasiyası, o cümlədən universitetin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Bayram tədbirində universitetin “Səma” rəqs ansamblı və respublikamızın tanınmış incəsənət xadimləri öz çıxışları ilə universitetin professor-müəllim heyətini təbrik ediblər.



Teqlər:





Xəbər lenti