Ermənistanın sabiq deputatı qətlə yetirilib

Ermənistanın sabiq deputatı qətlə yetirilib
  07 Oktyabr 2018    Oxunub:2670
Ermənistan parlamentinin keçmiş deputatı Karo Karapetyan İrəvanda restoranlardan birində güllələnib.
AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan məlumat verib.

"İlkin məlumatlara görə, İrəvandakı restoranlardan birində mübahisə zamanı atəş açılıb, nəticədə parlamentin sabiq deputatı Karo Karapetyan yaralanıb. Xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər", - deyə Truzyan bildirib.

AzVision.az


Teqlər: Ermənistan   Deputat  





Xəbər lenti