İndoneziyada ölənlərin sayı 1944-ə çatıb - Yenilənib

İndoneziyada ölənlərin sayı 1944-ə çatıb - Yenilənib
  08 Oktyabr 2018    Oxunub:3733
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1944 nəfərə qədər artıb.
Mərkəzi Sulavesi əyalətinin birgə əməliyyat qrupunun nümayəndəsi Mux Txoxirin sözlərinə görə, xəstəxanalarda 2500-dən çox yaralı var.

Sulavesi adasında zəlzələ sentyabrın sonunda baş verib. Onun ardınca adaya sunami gəlib.

***
İndoneziyada zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb.

Bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Ölənlərin sayının artacağı istisna olunmur.

AzVision.az


Teqlər:





Xəbər lenti