"İnterpol"un prezidenti istefa verib

"İnterpol"un prezidenti istefa verib
  08 Oktyabr 2018    Oxunub:2905
Beynəlxalq Polis Təşkilatının (İnterpol) prezidenti Men Hunvey istefa verib.
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun Liondakı Baş Katibliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, qaydalara uyğun olaraq təşkilatın yeni rəhbəri birinci vitse-prezident Kim Çon Yan olacaq.

Yeni prezidentin seçkiləri noyabrın 18-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək qurumun Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.

AzVision.az


Teqlər: İnterpol  





Xəbər lenti