Paşinyan Koçaryanı sıxışdırır - Biznesmen dostların həbsi başladı
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb. Lakin biznesmenin hansı cinayət işi üzrə həbs edildiyi açıqlanmayıb.
Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.
Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüzlərlə milyon dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlayacağını bildirib. Erməni mətbuatı yazır ki, Koçaryanın maliyyə maxinasiyalarının üzə çıxarılmasında dəlillər sarıdan məhdudiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan daha çox informasiyaya çıxış əldə etmək üçün sabiq prezidentin yaxın ətrafı və biznes ortaqlarına qarşı təzyiq və təhdidlər üsuluna keçib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan