Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı
  08 Oktyabr 2018    Oxunub:2544
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın NATO və Avropa ölkələrinə yönəlik siyasətini sərt tənqid edib.
AzVision.az xəbər verir ki, bu mənada Olbrayt Trampı Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Sabiq dövlət katibi qeyd edib ki, Tramp və Putin arasında bənzərlik var: “Rusiya ABŞ demokratiyasını çökdürmək və Vaşinqtonla müttəfiqləri arasındakı münasibətləri pozmaq üçün çalışır. Trampın Avropa və NATO ölkələrinə qarşı etdiyi çıxışları xatırlayın. Trampın bir çox aspektdən Putin üçün hədiyyə olduğunu düşünürəm”.

M.Olbrayt vurğulayıb ki, hazırda ABŞ-da qərarvermə mexanizmi işləmir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Olbrayt   Tramp   Russia  





Xəbər lenti