Qəbələdə ərəb turist yanaraq ölüb - 6 əcnəbi yaralanıb (VİDEO)

“Bir nəfərə ambulator yardım göstərilib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta ağırdır, müalicələri davam edir. Əgər ehtiyac yaranarsa, onlar Bakıya gətiriləcək”.
Qeyd edək ki, həmin turistlər Suriya vətəndaşlarıdır. 1995-ci il təvəllüdlü Arbua Adnan Al-Hamidi yanaraq ölüb. Ailənin digər üzvləri - 1993-cü il təvəllüdlü Ahmed Adnan Al-Hamidi, 2001-ci il təvəllüdlü Nura Adnan Al-Hamidi, 1989-cu il təvəllüdlü Sara Adnan Al-Hamidi, 2017-ci il təvəllüdlü Adam Nudar Al-Behni, 1960-cı il təvəllüdlü Raba Muhammef Al-Rabaşda və 1958-ci il təvəllüdlü Adnan Al-Hamidi bədənin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Aytən Zəhra
AzVision.az