Con Bolton Azərbaycana səfər edəcək

Con Bolton Azərbaycana səfər edəcək
  08 Oktyabr 2018    Oxunub:3969
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton 2 həftədən sonra Rusiyaya, o cümlədən, Cənubi Qafqaz regionu ölkələrinə səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan əldə etdiyi dəqiq məlumata əsasən bildirib. Onun sözlərinə görə, regiona səfəri üçün Bolton özü şəxsən təşəbbüs göstərib.

“Artıq açıq şəkildə bəyan edə bilərəm ki, Con Bolton iki həftədən sonra Rusiyaya, Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək”, – deyə Sarkisyan “Facebook”dakı səhifəsində yazıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   Rusiya  





Xəbər lenti