Kim Çen In sözünün üstündə durdu - Mühüm qərar
Şimali Koreya lideri ilə danışıqlardan sonra mətbuata açıqlama verən Pompeo rəsmi Pxenyanın Phunqyeri nüvə poliqonunu həqiqətən də sökdüyünə və nüvə sınaqlarından birdəfəlik imtina etdiyinə əmin olmaq üçün beynəlxalq müfəttişlərin qısa zamanda Şimali Koreyanı ziyarət edərək yoxlama aparacaqlarını bəyan edib.
Kim Çen Inla görüşən Pompeo həmçinin, ABŞ-Şimali Koreya sammitinin növbəti yeri və tarixini də müzakirə edərək, təklifləri dəyərləndiriblər. Pompeo Kim Çen Inla keçirdiyi görüşü ümumilikdə, müsbət adlandırıb və Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mühüm addım atdıqlarını deyib.
Pompeonun Pxenyada uğurlu danışıqlar apardığını deyən ABŞ prezidenti Donald Tramp isə "Tvitter" hesabında bildirib ki, “Sinqapur sammitindəki razılaşmaların realizəsi məsələsində irəliləmə var. Yaxın gələcəkdə Kim Çen Inı yenidən görmək üçün səbirsizlənirəm”.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ŞimaliKoreya ABŞ Pxunqyeri