İqtisadiyyat üzrə Nobel mükafatçıları bəlli oldu

İqtisadiyyat üzrə Nobel mükafatçıları bəlli oldu
  08 Oktyabr 2018    Oxunub:3387
İsveç Krallıq Akademiyası 2018-ci il üçün iqtisadiyyat sahəsi üzrə Nobel mükafatçılarının adlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu il iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri Uilyam Nordhaus və Pol Romerodur. Yel universitetinin əməkdaşı Nordhaus iqlim dəyişikliyinin tədqiqi və onun nəticələrinin uzunmüddətli makroiqtisadi inkişaf təhlillərinə salınması, Stenford universitetinin professoru Romero isə texnoloji innovasiyaların uzunmüddətli iqtisadi inkişafda oynadığı rolla bağlı tədqiqatlarına görə bu mükafata layiq görülüblər.

İqtisadiyyat sahəsində qaliblərin adının açıqlanması ilə 2018-ci il üzrə Nobel mükafatının bütün sahibləri məlum olub.

Qeyd edək ki, bundan əvvəl 2018-ci il üçün fiziologiya, tibb, fizika, kimya sahəsində Nobel mükafatları, həmçinin, sülh üzrə Nobel mükafatı öz sahiblərini tapıb. Ənənəyə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi İsveçin paytaxtı Stokholmda 10 dekabrda – Nobel mükafatının təsisçisi, isveçli ixtiraçı Alfred Nobelin (1833-1896) ölüm günündə keçiriləcək. Mükafatlar içərisində yalnız Nobel sülh mükafatı Norveçin paytaxtı Osloda təqdim edilir. Bu il hər bir nominasiya üzrə qaliblərə veriləcək pul mükafatı isə 9 milyon isveç kronudur (təqribən 940 min ABŞ dolları).

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Nobel   İsveç  





Xəbər lenti