Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi

Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi
  08 Oktyabr 2018    Oxunub:2642
Pekin Vaşinqtonla aralarındakı ticarət ziddiyyətlərini bərabərhüquqlu və dürüst danışıqlar yolu ilə həll etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Mayk Pompeo ilə Pekində keçirdiyi görüşdə deyib.

“Problemləri ticarət müharibəsi yolu ilə həll etmək qeyri-mümkündür. Çin ABŞ-la aralarındakı mövcud problemləri əvvəlki kimi danışıqlar yolu ilə həll etməyə hazırdır. Lakin bu danışıqlar hüquq bərabərliyi, dürüstlük və ciddilik prinsiplərinə söykənməlidir”, – deyə Çin XİN-in rəhbəri vurğulayıb.

Van Yi əlavə edib ki, hazırda ABŞ-la Çin arasındakı münasibətlər olduqca vacib dövrünü yaşayır və əməkdaşlıq hər iki tərəf üçün yeganə düzgün seçim olaraq qalır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti