Farer adaları-Azərbaycan oyununun hakimləri bilindi

Farer adaları-Azərbaycan oyununun hakimləri bilindi
  08 Oktyabr 2018    Oxunub:7618
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AzVision.az xəbər verir ki, oyunun baş hakimi rusiyalı Aleksey Yeskov olacaq. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.

Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.

Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.

AzVision.az


Teqlər: Fareradaları   Azərbaycan  





Xəbər lenti