Türkiyə ordusu 9 PKK-çını məhv edib
“7-8 oktyabrda İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində bizim hərbi bazalarımıza hücuma hazırlaşan PKK separatçı terror təşkilatının 9 üzvü zərərsizləşdirilib” - bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyə 2015-ci ilin iyulundan PKK-ya qarşı başlatdığı anti-terror əməliyyatlarında bu qruplaşmanın ümumilikdə 10 mindən çox silahlısını məhv edib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


