"Lotu Quli" İstanbulda saxlanıldı

"Lotu Quli" İstanbulda saxlanıldı
  09 Oktyabr 2018    Oxunub:6972
Azərbaycanlı məşhur kriminal avtoritet, "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov Türkiyədə saxlanılıb.
AzVision.az "Hurriyet"ə istinadən xəbər verir ki, N.Səlifov İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində tutulub.

Avtoritet İstanbul Polis İdarəsinə gətirilərək sorğu-sual edilir. Onun hansı səbəbdən saxlanıldığı bilinmir.

Qeyd edək ki, "Lotu Quli" Azərbaycanda həbsdən çıxdıqdan sonra İstanbula yerləşib.

AzVision.az


Teqlər: Lotu-Quli  





Xəbər lenti