İranda qum fırtınası: 150-yə yaxın insan xəsarət alıb

İranda qum fırtınası: 150-yə yaxın insan xəsarət alıb
  09 Oktyabr 2018    Oxunub:3043
İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan vilayətində baş verən qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb.
Bu barədə vilayətin fövqəladə vəziyyətlərin idarə olunması idarəsinin rəisi Əbdülrəhman Şahnaziyə məlumat verib.

Oktyabrın 6-da başlayan fırtına ev təsərrüfatlarına ziyan vurub. Fırtınanın gücü saatda 140 kilometrə çatıb. 145 nəfər fırtına nəticəsində ürək, göz və nəfəs yollarında yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Onlardan 27-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərilərək evə buraxılıb.

Vilayət rəhbərliyi sentyabrın 9-da ehtiyac olmadıqda evdən çıxmamaq barədə əhaliyə müraciət edib.

Hər il payız fəslinin əvvəllərində İranın bu bölgəsində qum fırtınası baş verir. Builki fırtına gözlənildiyindən də güclü olub. (AzərTAc)

AzVision.az


Teqlər: İran   Fırtına  





Xəbər lenti