Kim Çen In Roma Papası ilə görüşmək istəyir

Kim Çen In Roma Papası ilə görüşmək istəyir
  09 Oktyabr 2018    Oxunub:2896
Şimali Koreya lideri Kim Çen In Roma Papası Fransisk ilə görüşmək üçün onu Pxenyana dəvət edib.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Kim Çen Inın dəvətini gələn həftə Avropaya səfəri çərçivəsində 17-18 oktyabrda Vatikanı ziyarət edəcək Cənubi Koreya prezidenti Mun Çje İn Roma Papasına təqdim edəcək.

Qeyd edək ki, Şimali Koreyadakı katolik kilsəsi Vatikana tabe deyil. Şimali Koreyada 3 minədək katolik olduğu bildirilir. Lakin insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu rəqəmin bir neçə yüz olduğunu və Şimali Koreyada xristianların təqib və ölkədən qovulduğunu bildirirlər. 2014-cü ildə Seula səfəri zamanı Roma Papası Fransisk buradakı çıxışına Şimali Koreyanın katolik kilsə rəhbərliyini də dəvət etmişdi. Lakin Şimali Koreya katolikləri bu dəvəti rədd etmişdilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ŞimaliKoreya   Vatikan   RomaPapası  





Xəbər lenti