Ərdoğandan Avropaya ultimatum: Səbrimiz tükənir!

Ərdoğandan Avropaya ultimatum: Səbrimiz tükənir!
  09 Oktyabr 2018    Oxunub:3889
“1963-cü ildən bəri Avropa İttifaqına girişi yubadılan bir Türkiyə var. İttifaqın heç bir ölkəsinə belə zülm edilməyib. Amma Türkiyəyə edildi”

AzVision.az xəbər verir ki, Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Viktor Orban ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında bu cür bəyanat səsləndirib.
“Nə “hə”, nə də “yox” deyirlər. Əgər bizi Avropa İttifaqına qəbul edəcəksinizsə siqnalları verin, etməyəcəksinizsə, bunu da deyin. Nə siz yorulun, nə biz. Siz yolunuza, biz də öz yolumuza davam edək. Səbirimiz bitmək üzrədir. Sonu xeyirli olsun deyirəm”, - deyə Ərdoğan vurğulayıb.

Orban isə öz növbəsində Macarıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiyini vurğulayaraq bildirib: “Avropa İttifaqı dürüst davranmır. Türkiyənin İttifaqa üzvlüyünə dair bir neçə müzakirə fəsli açıq qalıb, amma bunlar bağlanmır. Avropada nə istədiyimizə dair qərar verməliyik”.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Macarıstan   Avropa  





Xəbər lenti