Rusiyada körpü çökdü, erməni yaralandı - VİDEO

  09 Oktyabr 2018    Oxunub : 1864
Rusiyada körpü çökdü, erməni yaralandı - VİDEO
Rusiyanin Amur əyalətində dəmiryolları üzərində qurulan körpü çökərək, yüklə dolu qatarın üzərinə düşüb. Nəticədə Ermənistan vətəndaşı yaralanıb.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, körpü onun üzərindən yük maşını keçərkən aşıb. Hadisə zamanı ciddi xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.

Faciə yaşanmazdan bir neçə saniyə öncə körpünün üzərilə gedən piyada xoşbəxtlikdən xəsarət alamayıb. Həmçinin, körpünün altında hərəkətdə olan yük qatarı zamanında keçid edə bilib.



Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   Rusiya   Amur