30 yaşlı xanım jurnalistin qatili tutuldu

30 yaşlı xanım jurnalistin qatili tutuldu
  09 Oktyabr 2018    Oxunub:2859
Bolqarıstanda 30 yaşlı jurnalist Viktoriya Marinovanın ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, tutulan şəxs Moldova pasportuna malik Rumıniya vətəndaşıdır. Onun kimliyi və hadisənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, araşdırmaçı-jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildə meşə zolağında tapılıb. Onun zorlandığı, daha sonra qətlə yetirildiyi məlum olub. İstintaq jurnalistin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.

AzVision.az


Teqlər: Jurnalist   Qətl  





Xəbər lenti