Keniyada avtobus qəzası: 50 ölü

Keniyada avtobus qəzası: 50 ölü
  10 Oktyabr 2018    Oxunub:2722
Keniyanın qərb hissəsində Fort-Ternan şəhərində avtobus qəzası baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, 67 yerlik avtobus sərt yoxuşda yoldan çıxaraq aşıb və 20 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə azı 50 nəfər həlak olub.

Hazırda qəza yerində xilasedicilər və polis əməkdaşları işləyir. Avtobusun içərisində hələ də insanlar qaldığı üçün ölənlərin sayının artacağı istisna olunmur.

AzVision.az


Teqlər: KEniya   Qəza  



Xəbər lenti